mobil versiya

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü



Qəzzadakı israilli əsirlər danışıqlardakı tələblər yerinə yetirilməyənə qədər azad edilməyəcək.

"AzPolitika.info" xəbər verir ki, bunu HƏMAS-ın söçüsü Xalid Məşəl bildirib.

İsrail və HƏMAS arasında Qətərdə atəşkəs və əsir mübadiləsi danışıqlarına toxunan Məşəl bildirib ki, HƏMAS həm danışıqlar masası arxasında, həm də döyüş meydanında vuruşur və hər ikisində də qalib gələcək.

Meşəl danışıqlarda Qəzzaya hücumların dayandırılması, İsrail ordusunun geri çəkilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması, humanitar yardımların bölgəyə girişinə icazə verilməsi, blokadanın qaldırılması və yenidənqurma işlərinin aparılmasında israrlı olduqlarını qeyd edib və bildirib ki, bu tələblər yerinə yetirilməyənə qədər əsirləri azad etməyəcəklər.
KARUSEL / DÜNYA
Tarix: 28-03-2024, 13:21