mobil versiya

Terror aktının bütün sifarişçilərini tapacağıq



"Crocus"dakı terror aktının bütün sifarişçilərini tapacağıq.
Bu barədə Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasından çıxışında deyib.
"Ölkəmizlə terror aktları ilə mübarizə aparmağa çalışırlar, lakin bu ikitərəfli silahdır", - o deyib.
Onun sözlərinə görə, Rusiyada fövqəladə hallara hazırlıq artırılmalı və ictimai yerlər daha güclü mühafizə olunmalıdır.
Rusiya prezidenti bildirib ki, hakimiyyət hazırda "Crocus City Hall"da törədilən terror aktı kontekstində bütün xidmət və kommersiya təşkilatlarının fəaliyyətini qiymətləndirir.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.
"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

KARUSEL / DÜNYA
Tarix: 2-04-2024, 17:49