mobil versiya

Fransa XİN rəhbəri İsraili sanksiyalarla hədələyib



Fransanın xarici işlər naziri Stefan Sejurne Qəzzada fələstinlilərə humanitar yardım çatdırmaq üçün keçidlərin açılması istiqamətində İsrailə təzyiq və mümkün sanksiyaların tətbiqi barədə danışıb.

Fransa XİN rəhbəri bu barədə RFI və "France24"ə müsahibəsində deyib.

"Təsir rıçaqları olmalıdır və humanitar yardımın yoxlama nöqtələrindən keçməsinə imkan vermək üçün sanksiyalara qədər çoxsaylı rıçaqlar var.
Fransa İordan çayının qərb sahilində zorakılıq hərəkətləri edən, eyni zamanda, israilli məskunlaşanlara qarşı Avropa İttifaqının sanksiyalarını təklif edən ilk ölkələrdən biri olub. Lazım gələrsə, humanitar yardımların açılmasını davam etdirmək üçün bunu edəcəyik", - fransalı nazir vurğulayıb.
XİN rəhbəri Fransanın Fələstini dövlət kimi tanıyıb-tanımayacağı barədə də sualı cavablandırıb. Stefan Sejurne deyib ki, bu məsələ sülh prosesi ilə çox yaxından bağlıdır: “Biz Avropa İttifaqında sevinclə deyə bilərik ki, biz birtərəfli olaraq Fələstini tanımışıq, amma mən hesab edirəm ki, sülh prosesi olmadan bu heç də səmərəli olmaz”.
Nazir vurğulayıb ki, həm fələstinlilər, həm də israillilər üçün təhlükəsizlik vacibdir.(apa)

KARUSEL / DÜNYA
Tarix: 9-04-2024, 13:26