mobil versiya

Sərhədin bir hissəsində dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb - XİN başçısı



Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq əraziləri birgə minalardan təmizləyib və coğrafi koordinatları dəqiqləşdirib.
“Sputnik-Armeniya” xəbər verir ki, bunu Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, sərhədin Qazax rayonu hissəsində dirəklərin quraşdırılması demək olar ki, başa çatıb.
O, həmçinin xatırladıb ki, Berlin görüşündən sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

KARUSEL / GÜNDƏM
Tarix: 10-05-2024, 17:50