mobil versiya

Müdafiə nazirinə yeni müavin təyin olunub



Azərbaycanın müdafiə nazirinə müavin - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.
Bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.
Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.
Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. 
O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.
M.Məmmədov 2020-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, Müşfiq Xıdır oğlu Məmmədov ötən ilin noyabr ayında Prezidentin "general-mayor" ali hərbi rütbəsinə layiq gördüyü üç nəfərdən biridir.(AzPolitika.info)

KARUSEL / CƏMİYYƏT
Tarix: 13-05-2024, 13:50