Avropada heç kim belə bir münaqişənin olmasını istəmir - Çexiya Prezidenti
Ukrayna yaxın gələcəkdə itirilmiş ərazilər üzərində nəzarəti bərpa edə bilməyəcək, ona görə də indi müharibəni dayandırmaq və sülh danışıqlarına başlamaq lazımdır.
Bunu Çexiya prezidenti Petr Pavel “Sky News”a müsahibəsində deyib.
“Gələcək razılaşma çərçivəsində hansısa kompromis ola bilər”, – prezident əlavə edib.
Pavel Kiyevin müharibədə uduzması üçün mövcud olan risklərdən də danışıb: “Qərb eskalasiya risklərini daim qiymətləndirərək həddindən artıq ehtiyatlı olmağa davam edərsə, bu baş verə bilər”.
Çexiya prezidenti Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün NATO qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.
“Ukrayna NATO-nun üzvü deyil. Biz Ukraynada döyüşə bilmərik, çünki bu, dərhal NATO ilə Rusiya arasında birbaşa münaqişə demək olardı və Avropada heç kim belə bir münaqişənin olmasını istəmir”, – o bildirib.
KARUSEL / DÜNYA
Tarix: 15-05-2024, 15:45