mobil versiya

Güləş üzrə Azərbaycan yığmalarının reytinq turniri üçün ilkin heyəti açıqlanıb



Güləş üzrə Azərbaycan yığmalarının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turniri üçün ilkin heyəti açıqlanıb.
Dünya Güləş Birliyinin rəsmi saytı xəbər verir ki, yarışda Azərbaycanın ümumilikdə 14 güləşçi ilə təmsil olunması nəzərdə tutulub.
Sərbəst güləş üzrə yığmada Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) yer alıblar.
Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov, Ülvü Qənizadə (hər ikisi 72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) güclərini sınayacaqlar.
Qeyd edək ki, ümumilikdə 313 güləşçinin mübarizə aparacağı reytinq turniri iyunun 6-9-da təşkil olunacaq.


KARUSEL / İDMAN
Tarix: 30-05-2024, 15:37