mobil versiya

Bakıda güləş üzrə Avropa çempionatı start götürür


Bu gün Bakıda 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başlayacaq.
Bakı İdman Sarayında keçiriləcək turnirdə əvvəlcə yunan-Roma güləşçiləri xalça mübarizə aparacaqlar.
Azərbaycanlı güləşçilərdən Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram), Həsən Həsənli (77 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.


KARUSEL / İDMAN
Tarix: 20-05-2024, 10:18