mobil versiya

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi start verilib



Bu gün 18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi start götürəcək.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarış fərdi və komandalar arasında keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qadınlar və kişilər arasında altı çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
İlk gündə oğlanlar arasında 46 kiloqram, 60 kiloqram və 81 kiloqram çəki dərəcələrində, qızlar arasında isə 36 kiloqram, 48 kiloqram və 63 kiloqram çəki dərəcələrində qaliblər bəlli olacaq.
 

KARUSEL / İDMAN
Tarix: 16-01-2024, 12:37