Bakıdan İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıdıb
“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
AZAL-dan bildirilib ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-07-2024, 16:59