Bakıdan İstanbula gedən təyyarə Ankaraya enməli olub
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.
Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.
KARUSEL / HADİSƏ
Tarix: 28-02-2024, 11:57