İstanbul-Tehran təyyarəsi Bakıya istiqamət alıb
“Turkish Airlines” aviaşirkətinin Tehran istiqamətinə uçan təyyarəsinin istiqamətini dəyişməsinə hava şəraiti səbəb olub.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni adına hava limanının mətbuat xidməti məlumat yayıb.
"Turkish Airlines" şirkətinin pilotu hava şəraiti ilə əlaqədar təyinat nöqtəsini Bakıya dəyişib. Hava şəraiti sabitləşəndə (təyyarə-red) Tehrana qayıdacaq", - xəbərdə deyilir.
Qeyd edək ki, Türkiyənin İstanbul-Tehran istiqamətində uçan təyyarəsi şənbə günü Bakıya istiqamət alıb. Təyyarə Tehran vaxtı ilə saat 00:05-də (Bakı vaxtı ilə saat 00:35-də) İran paytaxtında yerə enməli idi.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-01-2021, 11:00