mobil versiya

Atatürk prospektinin bir hissəsi təmir olunub



Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın  Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək ) aparılan təmir işləri artıq yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. 
“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-08-2024, 16:32