mobil versiya

Afiyəddin Cəlilov küçəsində təmir işləri yekunlaşıb



Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılan  təmir işləri artıq yekunlaşıb.

Bu abrədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
 
Bu işlərə paralel olaraq küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib. 
 
Son mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunan küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 


KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-07-2024, 14:04