mobil versiya

Dilarə Əliyeva küçəsinin bir hissəsi təmir edilib



Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində (Azadlıq prospektindən Fikrət Əmirov küçəsinə qədər olan hissədə) cari təmir işləri yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, eni 10 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 170 metrdir. Təmir işləri çərçivəsində frezlənmə işləri aparılıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Küçə boyu kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-07-2023, 13:32