mobil versiya

Paris-2024: On üçüncü günün gündəliyi



Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Bu gün daha 25 dəst medal sahibini tapacaq.
Bununla da artıq yekunlaşan proqramların ümumi sayı 243-ə çatacaq. Əvvəlki 12 gündə 218 mükafat dəsti uğrunda yarış baş tutub.
Azərbaycan millisi iki növdə təmsil olunacaq. Olimpiadanın on üçüncü günündə azarkeşlərimizin diqqəti güləş və bədii gimnastikaya yönələcək.
12:00. Bədii gimnastika, fərdi
Təsnifat mərhələsi, 1-ci hissə
Zöhrə Ağamirova
13:30. Sərbəst güləş, 57 kq
1/8 final
Əliabbas Rzazadə
13:30. Sərbəst güləş, 86 kq
1/8 final
Osman Nurmaqomedov
17:00. Bədii gimnastika, fərdi
Təsnifat mərhələsi, 2-ci hissə
Zöhrə Ağamirova
20:15. Yunan-Roma güləşi, 67 kq
Bürünc medal görüşü
Həsrət Cəfərov

KARUSEL / İDMAN
Tarix: 8-08-2024, 09:01