mobil versiya

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıb



Bədii gimnastika üzrə Azərbaycan millisi İtaliyanın Parma şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə uğurla çıxış edib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar.
15 yaşlı gimnastlar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.
Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov yarışın kifayət qədər rəqabətli keçdiyini bildirib: “İlk dəfədir bu turnirdə mübarizə aparırdıq. Ümumilikdə 13 gimnast ölkəmizi təmsil edirdi. Bu cür beynəlxalq turnirlərdə iştirak etmək idmançılar üçün böyük fürsətdir”.



KARUSEL / İDMAN
Tarix: 20-06-2024, 16:52