mobil versiya

Kiberdələduzlar tərəfindən “app.ctost.com” domeni altında dələduzluq platforması yaradılıb



Kiberdələduzlar tərəfindən “app.ctost.com” domeni altında dələduzluq platforması yaradılıb.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
“Belə ki, platforma vasitəsilə vətəndaşlar maliyyə piramidasına cəlb olunaraq asan qazanc vədləri təklif edilir. Dələduzluq prosesi zamanı vətəndaşa sorğu forması göndərilir və forma doldurulduqdan sonra ona məxsus hesab yaradılır. Növbəti mərhələdə hesaba daxil olmaq üçün şifr və giriş keçidi göndərilir”,- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu dələduzluq növündə əsas məqsəd vətəndaşda inam yaradaraq platformaya daha yüksək məbləğlərin köçürülməsidir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, asan qazanc vədlərinə aldanmamağı, şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

KARUSEL / GÜNDƏM
Tarix: 30-08-2024, 14:40