mobil versiya

İsveçrə oktyabrdan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək






İsveçrə bu gündən Sloveniyadan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək.

Reportyor.az
xəbər verir ki, Təhlükəsizlik Şurası hər biri bir səsə malik olan 15 üzv dövlətdən ibarətdir. Beş veto hüququ olan daimi üzvlərdir: Rusiya, Çin, Fransa, Böyük Britaniya və ABŞ.
Şuraya həmçinin Baş Assambleya tərəfindən iki il müddətinə seçilən 10 qeyri-daimi üzv daxildir. İsveçrə ilə yanaşı, bu müddətin qeyri-daimi üzvlər Sloveniya, Syerra Leone, Koreya Respublikası, Mozambik, Malta, Əlcəzair, Yaponiya, Qayana və Ekvadordur.
Təhlükəsizlik Şurası Katiblik, Baş Assambleya, Beynəlxalq Ədalət Məhkəməsi, Qəyyumluq Şurası və İqtisadi və Sosial Şura ilə yanaşı BMT-nin altı əsas orqanından biridir.

Reportyor.az

KARUSEL / DÜNYA
Tarix: 1-10-2024, 16:16