mobil versiya

Texniki anbarda kiçik yanğın olub, xəsarət alan olmayıb: - Müdafiə Sənaye Nazirliyi





2024-cü il dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Reportyor.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

KARUSEL / HADİSƏ
Tarix: 10-12-2024, 10:23