ADY-nin yanvar ayında daşıdığı sərnişin sayı artıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.
Reportyor.az xəbər verir ki, ADY-nin məlumatına görə, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-02-2025, 17:11