ADY-nın bu il daşıdığı sərnişinlərin sayını açıqlayıb
Bu ilin yanvar-noyabr aylarında ADY-nin qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.
Reportyor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64% və 33% artım qeydə alınıb.
Qeyd olunub ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-12-2024, 11:08