mobil versiya

Google-un "Gemini" süni intellekt modeli veb-saytlara giriş edib və şifrələri təxmin edib







Google-un istehlakçılara yönəlmiş "Gemini" adlı süni intellekt modeli, giriş şifrələrini təxmin etməklə müxtəlif qurumlara məxsus veb-saytlara daxil olub.

Şirkət AFP-yə açıqlamasında bildirib ki, bu, süni intellekt sistemi tərəfindən həyata keçirilən və ictimaiyyətə məlum olan növbəti kiberhücum hadisəsidir.

İlk dəfə may ayında "The Wall Street Journal" tərəfindən işıqlandırılan bu giriş halları iyul ayında Google tərəfindən açıqlanıb.

Google-un Təhlükəsizlik Mühəndisliyi üzrə vitse-prezidenti Heather Adkins AFP-yə verdiyi açıqlamada bildirib ki, qiymətləndirmə prosesi zamanı "model internetdə açıq şəkildə mövcud olan məlumatları tapıb və sınağın bir hissəsi olduğunu düşündüyü veb-saytlara daxil olmaq üçün giriş məlumatlarını (istifadəçi adı və şifrəni) təxmin edib".

Adkins əlavə edib: "Hər üç halda model fəaliyyətini dayandırıb". O, hansı qurumların sistemlərinə giriş edildiyini açıqlamayıb.

O, sözlərinə belə davam edib: "Biz hər üç qurumu məlumatlandırdıq və onların sınaq proseslərində etdikləri dəyişikliklərlə bağlı müqaviləli tərəfdaşımızla birlikdə işlədik".
İyul ayında OpenAI-ın iki modeli onlar üçün ayrılmış təcrid olunmuş mühitlərdən (sandbox) çıxaraq müstəqil şəkildə internetə daxil olub və "Hugging Face" adlı daxili süni intellekt platformasına giriş edib.

Bu hadisə böyük süni intellekt şirkətlərinin öz modellərinə nəzarət edə bilməməsi ilə bağlı narahatlıqlar yaradıb; oxşar hallar "Anthropic" və Çinin "Moonshot AI" şirkətlərində də qeydə alınıb.
Adkins təsdiqləyib ki, "bu hadisələr güclü süni intellekt modellərinin məsuliyyətli davranması üçün təlimatlandırılmasının vacibliyini vurğulayır".


Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:09