mobil versiya

ABŞ Maliyyə naziri: İran aviaşirkətlərinin fəaliyyəti sentyabrın 23-də dayandırılacaq




ABŞ-ın maliyyə naziri Skott Bessent bazar ertəsi bildirib ki, hava daşımaları xidməti göstərən şirkətlərə qarşı tətbiq ediləcək ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən bütün İran aviaşirkətlərinin fəaliyyəti sentyabrın 23-də dayandırılacaq. O, həmçinin qeyd edib ki, Çin rəsmiləri ABŞ-ın İrana qarşı iqtisadi təzyiq kampaniyasında "çox fəal" iştirak edirlər.

Bazar günü gecə Çin Baş nazirinin müavini He Lifenlə danışıqları başa vurduqdan sonra CNBC-yə açıqlama verən Bessent bildirib ki, İran aviaşirkətləri hər hansı hava limanına eniş etdikdə, onlara yanacaq və ya eniş xidmətləri göstərmək, yaxud bilet satmaq olmaz; əks təqdirdə, həmin xidmət təminatçıları dollar sistemindən kənarlaşdırılacaqlar.

O, ABŞ-ın İranla bağlı sanksiyalara riayət olunması məsələsində Çinin maliyyə qurumları, o cümlədən Çin Xalq Bankının rəhbəri Pan Qonşenlə müsbət danışıqlar apardığını söyləyib.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:41