mobil versiya

Misir prezidentinin oğlu vəfat edib


Misir həbsxanasında vəfat edən sabiq prezident Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursi də dünyasını dəyişib. 

Misirin seçki yolu ilə hakimiyyətə gəlmiş ilk prezidenti olan Məhəmməd Mursinin oğlu da ötən gün atası kimi infarktdan dünyasını dəyişib. 
"Anadolu" agentliyinə bu barədə açıqlama verən Mursinin böyük oğlu Əhməd Mursi qardaşının aparıldığı xəstəxanada dünyasını dəyişdiyini bildirib. 

Xatırladaq ki, hərbi çevrilişlə taxtdan endirilən Məhəmməd Mursi keçən il həbsxanada infarktdan dünyasını dəyişib.//Musavat.com
 


KARUSEL / SİYASƏT / DÜNYA
Tarix: 5-09-2019, 10:42