Vahid Hacıyev Prezidentinin xüsusi nümayəndəsi təyin edilib
Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Prezident İlham Əliyev dekabrın 30-da bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, V.Hacıyev bu il mayın 4-dən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi idi.
MANŞET / KARUSEL
Tarix: 30-12-2022, 17:13