mobil versiya

Azərbaycanda seçicilərin sayı açıqlanıb



Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 326 min 764 şəxs var.
Onların 47.55 faizi kişi, 52.45 faizi isə qadınlardır.
2024-cü ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri media təmsilçilərinin də iştirakı ilə MSK-nın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti ilə tanış olublar.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən hər il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılır. Seçici siyahıları qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ilk növbədə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər barədə təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunur və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilir.

MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: 27-05-2024, 16:31