İrandan XƏBƏRDARLIQ: “ABŞ-dan qisasın vaxtı müəyyənləşdiriləcək”
Ali Şura İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndis haqqında məlumatların İraq tərəfindən ABŞ-a ötürüldüyü təxmin edilir.
REPORTYOR.AZ oxu.az-a istinadən xəbər verir ki, Həşd-əş Şabi tərəfindən verilən yazılı açıqlamada Suriyanın paytaxtı Dəməşqdən gələn Süleymaninin təyyarəsinin yerli saatla axşam saat 11-də Bağdad Beynəlxalq Hava Limanında eniş edəcəyi bildirilib.
Mühəndisin Süleymani ilə eyni təyyarədə olmadığı, ancaq onu qarşılamaq üçün hava limanına getdiyi bildirilən açıqlamada kəşfiyyat məlumatının iraqlılar tərəfindən ABŞ-a sızdırıldığı təxmin edilir.
Açıqlamada hücumun ABŞ-a aid silahlı insansız hava nəqliyyatı ilə gecə yarısı həyata keçirildiyi, hadisənin tam olaraq nəqliyyatın hərəkət etməsi və hava limanının çıxış qapısına çatması ilə eyni anda olduğu da vurğulanıb.
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 4-01-2020, 14:00