mobil versiya

Karantin yumşaldıldı: Rayon qeydiyyatında olanlar Bakıya qayıda biləcək



Ölkədə karantin rejiminin yumşaldılmasından sonra bir çox obyektlərin, iş yerlərinin fəaliyyəti yenidən bərpa edilib. Lakin şəhərlərarası avtobusların işləməməsi səbəbindən bu yerlərdə çalışan və hazırda bölgələrdə qalan şəxslər paytaxta qayıda bilmirlər. Bu isə həmin xidmət sektorlarında müəyyən çatışmazlıqlara səbəb olur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, artıq şəhərlərarası daşımanın icrası ilə bağlı fəaliyyət planı hazırlanıb və belə bir qərar verilərsə, tətbiq ediləcək:

“Şəhərlərarası daşımaların bərpasına dair fəaliyyət planı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanıb. Fəaliyyət planına müəyyən istiqamətlər üzrə tədbirlər daxil edilib. Karantin rejiminin gücləndirilməsinə dair qərarla əlaqədar regionlardan qayıda bilməyən Bakı və Sumqayıt şəhəri üzrə qeydiyyatı olan və paytaxtdan qeydiyyatda olduğu regionlara qayıda bilməyən sərnişinlərin, iş yerləri paytaxtda olan, ancaq region qeydiyyatında olan sərnişinlərimizin daşınması üçün bütün zəruri tədbirlərə hazırlıq görülüb. Respublika üzrə 56 avtovağzal və avtostansiyaya gücləndirilmiş rejimdə çalışmalarına dair tapşırıq verilib. Sərnişin axınına uyğun tələbat tam ödənəcək”.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 29-04-2020, 12:45