mobil versiya

DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - SON DƏQİQƏ




Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 13-05-2020, 13:27