mobil versiya

DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - YENİLƏNDİ 2



Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bu barədə REPORTYOR.AZ-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək. 


****

Hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub. 

****
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi 
əməliyyat keçirir. 

REPORTYOR.AZ xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.

***

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.


SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 20-02-2020, 15:15