Azərbaycanda işlənmiş, çirkli "pamperslər" əhalidən alınır – MÜƏMMALI BİZNES
Artıq 2 aydan çoxdur ki, sosial şəbəkələrdə, qadın qrupları və instagramda "İşlənmiş pamperslərin alışı" adı altında elanlar və şirnikləndirici əməkdaşlıq barədə postlar paylaşılır.
Reportyor.az medicina.az-a istinadən bildirir ki, elan sahibləri xanımlara istifadə etdikləri, bulaşmış, xüsusilə sidikli pampersləri atmamağı, toplamağı, müəyyən qədər yığıldıqdan sonra əlaqə saxlayaraq, gəlib götürəcəklərini təklif edirlər.
Bir bez üçün 0.03 qəpik təklif edən naməlum "biznes" nümayəndələri pampersləri hətta vətəndaşın yaşadığı yerdə və ya yaxın ərazidə görüşərək qəbul edir, yerindəcə pulunu ödəyirlər. Bir çox qadınlar işlənmiş pamperslərin yenidən emal edilib, ucuz brend altında təzədən satışa çıxacağından ehtiyat edərək, bu təklifə qarşı çıxır.
"İşlənmiş pampersləri nə edəcəksiz, niyə alırsız" sualının cavabı da müəmmalıdır: "Bu, biznes sirridir".
Təklif bir qədər iyrənc olsa da, bir çox kasıb ailələr işlənmiş pamperslərin 10-20 ədədini yığıb pul götürməkdə maraqlıdır.
İşlənmiş pamperslər sonradan fabrikdə emal olunub təzə pampers hazırlamaq məqsədilə yığılmır. İşlənmiş pampers biznesi bir çox ölkələrdə var.
Kirli pampersləri bağ-bostan, parnik işlərində istifadə edirlər. Belə ki, bezin tərkibində olan hidrogel nəmliyi özünə çəkib saxladığı üçün, suvarmaya qənaət edir, torpaq və bitki daha az su ilə daha çox nəm qalır.
Amma Azərbaycanda bu biznesin qanuni olub-olmaması, qaydalara nə qədər əməl edilib -edilməməsi sual altındadır. Görünür, parnik və bostan biznesmenləri məhsuldarlıq və suya qənaət üçün bu metodu seçiblər və onlara kirli pampersləri insanlardan yığan xüsusi bir qrup yardım edir.
MANŞET / MARAQLI / KARUSEL / GÜNDƏM / ÖLKƏ

Tarix: 8-09-2019, 11:56