Səbinə Əliyevanı Aslan İsmayılov əvəzləyəcək? - ŞOK İDDİA
Aslan İsmayılov PA-da şöbə müdiri olmaq üçün də danışıq aparıbmış
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili - ombudsman Səbinə Əliyevanın öz vəzifəsinin icrasını dondurması haqqında bu gün “Report” informasiya agentliyi məlumat yayıb. Bundan bir qədər sonra Ombudsmanın aparatı açıqlama verərək Səbinə Əliyevanın öz vəzifəsini icra etdiyini bildirib:
"Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir".
Məlumatlı mənbələrdən AzNews.az analitik-informasiya portalına sensassiyalı məlumat daxil oıub. Həmin məlumata görə, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin Novxanıda nəvəsinə keçirdiyi nikah şənliyində həyat yoldaşı, deputat Siyavuş Novruzovla birgə iştirak etməsindən sonra ombudsmanın vəzifədə qalması mümkünsüzdür: “Bu ehtimala əsaslanan keçmiş vəkil Aslan İsmayılov yüksək vəzifəli hakimiyyət təmsilçilərindən biri ilə görüşərək ombudsman vəzifəsində gözü olduğunu dilə gətirib. Lakin bu barədə ona birmənalı cavab verilməyib, çünki Azərbaycanda Aslan İsmayılovun qarşısında oynamadığı masa qalmayıb.
Qaynağımız onu da əlavə edib ki, Aslan İsmayılov bundan daha öncə Prezident Administrasiyasında vakant olan Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsini tutmaq üçün də danışıqlar aparıb. PA-da şöbə müdiri olmaq niyyətinin gerçəkləşmədiyini görən İsmayılov ombudsman olmaq həvəsinə düşüb.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 28-08-2020, 20:49