mobil versiya

Zöhrə Abdullayeva səhnəyə qayıtdı - VİDEO



Əməkdar artist Zöhrə Abdullayeva oğlunu itirdikdən sonra ilk dəfə səhnəyə çıxıb. 

BAKU.WS 
xəbər verir ki, sənətçi bu həsrətə həmkarı Xalq artisti Könül Xasıyevanın konsertində son qoyub.

Zöhrə xanım səhnəyə çıxarkən tamaşaçıalar onu alqışlarla qarşılayıb.

O, ifasını oğlunun xatirəsinə həsr edib. 


Zöhrə Abdullayeva 2 il idi səhnədə yox idi. Yarım il oğlunun xəstəliyinin ağırlaşdığı vaxtlar, ilyarım isə oğlunun vəfatından sonra.

Xatırladaq ki, Z.Abdullayevanın oğlu 24 may 2018-ci il tarixində beyin xərçəngindən dünyasını dəyişib. Bu hadisədən sonra müğənni bir daha oxumayacağını bəyan etmişdi.


MARAQLI / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 4-11-2019, 14:15