"Olmayan əndamınızı nümayiş etdirməkdən..." - Zülfiyyə söz atdı
Aktrisa Zülfiyyə Qurbanova həmkarlarına atmaca atıb.
Musavat.com xəbər verir ki, o, gənc aktrisaları nəzərdə tutaraq onları sosial şəbəkədə tənqid edib:
“Olmayan əndamınızı nümayiş etdirməkdən sənət göstərmək yaddan çıxıb. Mimikasız, qırışsız üzlər, donmuş gözlər ... Ancaq gözəl görünmək eşqi sizi dünyaya çıxarmayacaq. Süni, yaltaqlıq yağan “yarım metr” təriflər ... Elələrinin dəyəri olur. Ən gözəl silah isə biganəlikdir”.
Qeyd edək ki, Z. Qurbanova hazırda "Ata ocağı" serialında Ləman obrazını canlandırır.
MARAQLI / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-11-2019, 17:00