mobil versiya

"WhatsApp"dan növbəti yenilik



“WhatsApp” istifadəçilərə müəyyən tarixdə öz söhbətlərinə daha asan daxil olmaq imkanı verəcək funksiya üzərində işləyir.
Mesajların tarixə görə axtarışı funksiyası hazırda “WhatsApp Web” tətbiqi üçün inkişaf mərhələsindədir.
“WhatsApp Web” tətbiqində istifadəçilər təqvim işarəsinə sıxaraq paneli aça və müəyyən tarixdə paylaşılan mesajı asanlıqla tapa biləcəklər. Tarixə əsaslanan axtarış keçmiş söhbətlərdən müəyyən mesajları götürmək lazım olduqda çox faydalı xüsusiyyətdir.
Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.(trend)

MARAQLI / KARUSEL
Tarix: 17-10-2023, 14:34