mobil versiya

İlin ilk Ay tutulması sona çatıb



2020-ci ilin ilk Ay tutulması sona çatıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından REPORTYOR.AZ-a verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulması olub. Saat 21:08-də başlayan tutulma hadisəsi saat 01:12-də sona çatıb. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub.
Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 11-01-2020, 09:55