mobil versiya

20 avqust Macarıstan dövlətinin yarandığı gündür



20 avqust Macarıstan dövlətinin yarandığı gündür.

Macarıstanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə bu tarixi günlə bağlı xəbər paylaşıb.

İlk kral və dövlətin qurucusu 1038-ci ilin bu günündə vəfat edən və Macarıstanın ilk kanonlaşdırılmış müqəddəsi olan Müqəddəs Stefan olub. O, hakimiyyəti dövründə ölkəni Avropa xristian ölkəsinə çevirib.


Avqustun 20-ni “Yeni Çörək Günü” də adlandırırlar, çünki biçini qeyd etmək üçün çörəyin kəsildiyi gündür.
Günün ən məşhur hadisəsi gün batdıqdan sonra Dunay çayı üzərində möhtəşəm atəşfəşanlıqdır. Builki Fire and Lights atəşfəşanlığı həmişəkindən daha möhtəşəm olacağını vəd edir.

MARAQLI / KARUSEL
Tarix: 20-08-2024, 12:59