mobil versiya

Aİ Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edir



Avropa Parlamenti Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edir.
Bu barədə "Politico" nəşri məlumat yayıb.
Müraciət Avropa Parlamentinin 70 deputatı tərəfindən imzalanıb. Tələbi irəli sürən deputatlar bunu Macarıstanın səkkiz ölkənin, o cümlədən Rusiya və Belarusun vətəndaşlarına qarşı viza tələblərini yumşaltmaq istəyi ilə əsaslandırıblar. Onların fikrincə, Macarıstan bununla Şengen zonasını təhlükəsiz zona olmaqdan çıxaracaq.
Məktubda Macarıstanın sərhədlərində nəzarətin tətbiq olunması və bu ölkənin vizalarını tanımaqdan imtina etmək tələb olunub.

KARUSEL / DÜNYA
Tarix: 5-08-2024, 15:30