Şengen vizasının rədd edilməsi ötən il afrikalılara 54 milyon avroya başa gəlib
Şengen zonasına girişə görə qısamüddətli vizanın qiyməti 10 avro artaraq 90 avroya çatıb. Ancaq hər viza istəyən şəxs onu əldə edə bilmir, ödədiyi pul da geri qaytarılmır. 2023-cü ildə Afrikada Şengen vizası üçün müraciət edənlər təqribən 54 milyon avro ödəyiblər ki, bu da böyük israfçılıq hesab olunur.
RFİ xəbər verir ki, 2023-cü ildə Şengen bölgəsində vizadan imtinanın ən ağır qiymətini məhz əlcəzairlilər ödəyiblər. Onlar hər ərizə üçün 80 avro və ya Əlcəzairin orta əməkhaqqının üçdəbirindən çoxunu ödəyiblər. Əlcəzairlilər yox cavabı aldıqları viza üçün Avropa İttifaqı ölkələrinə 13 milyon avrodan çox vəsait ödəyiblər. Bu siyahıda sonrakı yerdə lüzumsuz yerə 11 milyon avroya yaxın pul ödəyən mərakeşlilər, daha sonra misirlilər, nigeriyalılar və tunislilər gəlir.
İmtina edilən müraciətlərin sayına görə 6-cı yerdə olan seneqallılar viza almadan 2,11 milyon avro ödəyiblər. Onlar üçün imtina faizi 70-ə yaxındır. Konqo, Qvineya, Mali və ya Qvineya-Bisaudan olan insanlar üçün bu rəqəm daha yüksəkdir.
Beləliklə, 2023-cü ildə Afrika əhalisi Şengen bölgəsi üçün təxminən 54 milyon avro ödəyib ki, bu da viza almağa çalışan qeyri-Avropa vətəndaşları tərəfindən ödənilən bütün vəsaitin 41 faizinə bərabərdir. Bu il bu xərcin daha da artacağı gözlənilir, çünki viza üçün müraciətin qiyməti 12,5 faiz bahalaşıb.(azərtac)
KARUSEL / DÜNYA
Tarix: 13-06-2024, 12:09