Rusiya vətəndaşları üçün Rumıniya ilk dəfə Şengen vizası rəsmiləşdirəcək
Rumıniya martın 31-dən ilk dəfə Rusiya vətəndaşları üçün Şengen vizası rəsmiləşdirəcək.
Bu barədə TASS agentliyinə Rumıniyanın Moskvadakı səfirliyindən bildiriblər.
Qeyd olunub ki, Şengen vizası almaq istəyən Rusiya vətəndaşları Rumıniyanın ölkə ərazisindəki bütün konsulluqlarına müraciət edə bilərlər.
Martın 31-dən etibarən veriləcək vahid vizalar istənilən 180 günlülk müddət ərzində 90 gün müddətinə Şengen zonasına səfər etməyə imkan verəcək. Həmin tarixə qədər verilən vizalarla isə turistlər yalnız Rumıniyaya səfər edə bilərlər.
KARUSEL / DÜNYA
Tarix: 28-03-2024, 14:08