mobil versiya

Bolqarıstan və Rumıniya bu tarixdən Şengen vizaları verəcək


Bolqarıstan və Rumıniya aprelin 1-dən etibarən qısamüddətli Şengen vizaları verməyə başlayacaq.
Xarici KİV-nin xəbərinə göə, turistlər sözügedən vizalarla təyyarə və yaxud dənizlə Şengen sazişinə daxil olan ölkələrə səfər edə biləcək. Hər iki ölkə 90 günə qədər keçərli vizalar verə biləcək.
Qeyd edək ki, hazırda 27 dövlət Şengen sazişində iştirak edir ki, burada da vahid sərhəd nəzarəti sistemi mövcuddur.
KARUSEL / DÜNYA
Tarix: 11-01-2024, 19:05