Bolqarıstanın Baş naziri: Şengen zonasına qəbul edilməməyimiz müxalifəti gücləndirəcək
Bolqarıstanın Şengen zonasına qəbul edilməməsi ölkədə və bəzi Balkan dövlətlərində fəaliyyət göstərən Rusiya yönümlü müxalifətin mövqeyini gücləndirəcək.
Bolqarıstanın Baş naziri Nikolay Denkov bu barədə Avstriyanın “Der Standard” qəzetinə müsahibəsində deyib.
“Biz ev tapşırığını yerinə yetirsək, lakin bununla belə Şengen və Avro zonalarına daxil ola bilməsək, müxalifət “Qərbin bizi özlərinə bərabər görmədiyini” deyəcək. Bu vəziyyət nəinki Kremlin dostu olan Bolqarıstan müxalifətinə, həm də Şimali Makedoniya və Serbiyadakı analoji qüvvələrə sərf edəcək. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Balkan ölkələrinin Avropadakı gələcəyi uğrunda böyük və vacib mübarizə gedir”, - deyə Nikolay Denkov bildirib.
Bolqarıstan müxalifətinin şərqə yönələn siyasət apardığını diqqətə çatdıran Baş nazir Sofiyanın digər qərb ölkələrinin bərabərhüquqlu tərəfdaşı olmağa can atdığını vurğulayıb.
Xatırladaq ki, 2022-ci il dekabrın 8-də Avropa İttifaqının Daxili İşlər və Ədliyyə Şurasının Brüsseldə keçirilən iclasında Bolqarıstan və Rumıniyanın Şengen zonasına qoşulmaq üçün müraciətləri Avstriya və Niderlandın səsləri ilə rədd edilib.(azərtac)
KARUSEL / DÜNYA

Tarix: 4-10-2023, 15:19