Avropa İttifaqı Orbanın Rusiyaya səfərindən sonra Macarıstanın sədrliyini ləğv edə bilər
Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Budapeştin Aİ Şurasına yarımillik sədrliyini ləğv etmək imkanını nəzərdən keçirirlər.
Bu barədə “Euobserver” portalı Avropa diplomatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Aİ səfirləri Orbanın iyulun 10-da Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında Moskva və Pekinə səfərini müzakirə edəcəklər.
Portal qeyd edib ki, Avropa İttifaqı Orbanın səfərləri zamanı Macarıstanın Aİ Şurasına sədrliyinin loqosundan istifadə etməsindən narazıdır, baxmayaraq ki, bu, yalnız Budapeşt adından qüvvədədir.
Portalın mənbələri iddia edib ki, pərdə arxasındakı bəzi ölkələr Macarıstanın sədrlikdən məhrum edilə biləcəyi ssenarisindən danışırlar və bu ilin sonuna qədər iki ölkə - İspaniya və Belçika eyni vaxtda yerlərini tutacaqlar.(report)
KARUSEL / DÜNYA

Tarix: 9-07-2024, 09:36