Zaxarova: "Bu, Avropa İttifaqı üçün dağıdıcıdır"
Avropa İtttifaqının anti-Rusiya sanksiyalarının uzadılması Brüsselin özünə ziyan vurur.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Şərq İqtisadi Forumda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, artıq yalnız kuluarlarda deyil, hətta bunun faktiki olaraq, Avropa İttifaqının özü üçün dağıdıcı olduğu barədə danışırlar. Zaxarova qeyd edib ki, ittifaq bir çox daxili probleminin, xüsusilə, “Brexit”in öhdəsindən gəlməlidir.
Diplomat vurğulayıb ki, Moskva əvvəlki kimi Vaşinqton və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını qeyri-qanuni hesab edir.
Xatırladaq ki, sentyabrın 4-də Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri rusiyalılara qarşı fiziki sanksiyalarının uzadılması haqqında qərarı uyğunlaşdırıb. Qərar gələn həftə Avropa İttifaqı Şurası tərəfindən qəbul edilməlidir.
KARUSEL / SİYASƏT / DÜNYA

Tarix: 5-09-2019, 16:02