mobil versiya

Azərbaycan və Aİ yeni tərəfdaşlıq sazişi ilə bağlı bir sıra məsələləri müzakirə edəcək


Avropa İttifaqı (Aİ) sentyabrın əvvəlində yeni tərəfdaşlıq sazişi ilə əlaqədar bir sıra video konfranslar keçirəcək. Bu barədə Trend-ə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.Məlumatda bildirilir ki, yeni bir razılaşma üzərində iş telekonfranslar vasitəsilə davam edir. Sentyabrın əvvəlində Sazişin institusional və ticarət fəsillərində bir neçə video konfransın keçirilməsi planlaşdırılır.
Təşkilat qeyd edir ki, danışıqların növbəti raundu barədə qərar bu videokonfranslardan sonra veriləcək.
Xatırladaq ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyası və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəyə Azərbaycanla hərtərəfli razılaşma əsasında Aİ və üzv ölkələr adından danışıqlar aparmaq üçün mandat verib.
Yeni saziş AB və Azərbaycanın bu gün qarşılaşdığı ümumi məqsəd və problemlərin daha çox nəzərdən keçirilməsinə imkan yaradan 1996-cı il tərəfdaşlıq və əməkdaşlıq müqaviləsini əvəz etməlidir.
Saziş Avropa Qonşuluq Siyasəti İnstitutunun sənədində 2015-ci ildə təsdiq edilmiş prinsiplərə cavab verəcək və Aİ ilə Azərbaycan arasında siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün əhəmiyyət kəsb edəcək.
Bu gün AB ilə Azərbaycan arasında ikitərəfli münasibətlər 1996-cı ildə imzalanan və 1999-cu ildə qüvvəyə minən tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş əsasında tənzimlənir.
Yeni saziş Azərbaycan qanunvericiliyinin və prosedurlarının ən vacib beynəlxalq və ticarət normalarına və Aİ standartlarına yaxınlaşmasını nəzərdə tutur ki, bu da Azərbaycan məhsullarının AB bazarlarına daha asan çıxmasına səbəb olacaq.
/Trend/
GÜNDƏM / SİYASƏT / DÜNYA / ÖLKƏ
Tarix: 30-08-2019, 07:59