mobil versiya

Cavad Zərif: "İran və ABŞ prezidentlərinin görüşünü təsəvvür etmək mümkün deyil"


"ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə öz öhdəliklərini yerinə yetirməyənədək İran və ABŞ prezidentləri arasında görüşü təsəvvür etmək mümkün deyil".APA-nın xəbərinə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "İRNA"ya müsahibəsində deyib. 
Onun sözlərinə görə, Biarritzdə keçirilən G7 sammitində İrana bir daha aydın oldu ki, ABŞ iki ölkə arasında uzunmüddətli danışıqlar nəticəsində əldə olunmuş sazişləri pozub. M.C. Zərif bildirib ki, əvvəl əldə olunmuş sazişləri həyata keçirmək zəruridir.
Biarritzdə baş tutan G7 sammitini şərh edən M.C. Zərif qeyd edib ki, görüşün məqsədi Hərtərəfli Birgə Fəaliyyət Planının qorunub saxlanma yollarının tapılmasına yönəlib: "Sammitdə Avropa ölkələrinin saziş üzrə öhdəlikləri də müzakirə edilib. Təəssüf ki, avropalılar öz öhdəliklərini yerinə yetirmələri üçün müəyyən icazəyə ehtiyac duyurlar. Müstəqil ölkələrin digərlərindən icazəyə ehtiyac duyması beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı hal deyil". 
 
/Rəna Ağayeva  APA/

#amerika #G7sammit #cavadzərif 




SİYASƏT / DÜNYA
Tarix: 27-08-2019, 12:57