mobil versiya

ABŞ-da yaşayan azərbaycanlı modeldən cəsur pozlar - FOTO



ABŞ-da yaşayan “Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, “fashion” bloqer Ruslana Cavadova açıq-saçıq fotolarını paylaşıb. 

Oxu.Az xəbər verir ki, o, yarıçılpaq çəkdirdiyi şəkillərini “Instagram” hesabında paylaşıb. 

İzləyiciləri azərbaycanlı modeli cəsur pozlara görə bəyənib və şəkillərə xoş sözlər yazıblar. 

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.

2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L'Officiel” mükafatlarında o, iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.

Cavadova həm də zərgərlik dizayneri işi ilə də məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.

Hazırda Ruslana ABŞ-da yaşayır və bloqerlik fəaliyyətini davam etdirir.












MARAQLI / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 4-03-2020, 10:37