Yer kürəsinə bənzər yeni planet tapılıb
Beynəlxalq alimlər kollektivi “Kepler” kosmik teleskopunun məlumatlarını təhlil edərək, biri öz fiziki xarakteristikasına görə Yer kürəsinə olduqca bənzəyən iki planet aşkar ediblər.
REPORTYOR.AZ report-a istinadən xəbər verir ki, daha öncə aparılan tədqiqatlarda “Kepler-160b” və “Kepler-160c” ekzoplanetlərinin ulduzun ətrafında fırlandığı müəyyənləşdirilmişdi.
“Kepler-160” ulduzu isə Yer kürəsindən 3000 işıq ili məsafədə yerləşir. Ulduzun parlaqlığının dəyişkənliyinin fiziki modelini ətraflı tədqiq edən alimlər “KOI-456.04” adlandırdıqları potensial ekzoplaneti aşkar ediblər.
“KOI-456.04”ün dövretmə periodu 378 gün təşkil edir. Bundan başqa, tədqiqatçılar güman edirlər ki, bu planetdə su mövcuddur.
Alimlərin bildirdiyinə görə, hələlik “KOI-456.04”ün planet olması ehtimalı 85% təşkil edir. Onlar “KOI-456.04” haqqında daha dəqiq məlumatlar əldə etmək üçün 2026-cı ildə işə salınması nəzərdə tutulan “Plato” kosmik teleskopunun missiyasına ümid bəsləyirlər.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 9-06-2020, 11:17