Kraliça II Yelizaveta parlamentin işinin dayandırılmasına razılıq verib

Buradan belə nəticə çıxır ki, II Yelizaveta “9 sentyabrdan tez və 12 sentyabrdan gec olmayaraq” qüvvəyə minəcək parlament iclaslarının təxirə salınmasına və bunun 14 oktyabradək davam etməsinə razılıq verib. Belə olan halda sentyabrın 3-də yay tətilindən qayıdan deputatlar mövcud qərara reaksiya vermələri üçün cəmi bir neçə günlə kifayətlənməli olacaqlar.
Qeyd edək ki, baş nazir Boris Conson çərşənbə günü parlamentin işinin 14 oktyabradək dayandırıldığını açıqlamışdı.
/APA/
SİYASƏT / DÜNYA
Tarix: 29-08-2019, 07:44